Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb

Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.
Energetika
7 Noyabr , 2019 17:35
Pirşağıda 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Opel” markalı minik avtomobili ilə toqquşan “Mercedes” markalı avtomobil yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb. Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə, 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.

Son xəbərlər

Orphus sistemi