Yuxarı

​“Pirallahı-quru” yatağında iki yeni quyu istismara verilib

Bu quyular 12,5 ton neft hasilatı ilə istismara daxil edilib

Bakı. 4 noyabr. REPORT.AZ/ “Pirallahı-quru” yatağında 2 quyu qazmadan sonra istismara verilib. Qirməkialtı Lay Dəstəsinə qazılmış 1144 nömrəli quyu 825-810 metr intervaldan gündəlik 6,5 ton neft hasilatı ilə istismara daxil edilib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, Qirməki Lay Dəstəsinə qazılmış 1145 nömrəli quyu isə 867-857 metr intervaldan sutkalıq 6 ton neft hasilatı ilə istismara daxil edilib. 

Qeyd edək ki, quyular “Azneft” İB-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən qazılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi