Yuxarı

"Petronas" TAP layihəsində səhmlərin alınması məsələsini nəzərdən keçirir

Malayziyanın dövlət neft-qaz şirkəti Statoil şirkətinin bu layihədəki 20% səhmlərini almaq niyyətindədir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Malayziyanın "Petronas" Dövlət Neft-Qaz şirkəti Norveçin Statoil şirkətinin Transadriatik boru kəməri (TAP) layihəsindəki səhmlərinin alınması məsələsini nəzərdən keçirir.

"Report" Bloomberg-ə istinadən xəbər verir ki, Malayziya Statoil şirkətinin bu layihədəki 20% səhmlərini almaq niyyətindədir.

Lakin bununla bağlı qəti qərar hələ qəbul olunmayıb. Statoil şirkətində bu informasiyanı şərh etməkdən imtina ediblər. 

Xatırladaq ki, TAP layihəsində BP, SOCAR və Statoil şirkətlərinin hər birinin iştirak payı 20%, "Fluxys" - 19%, "Enagas" - 16%, "Axpo" - 5% təşkil edir.

2014-cü ilin oktyabr ayında Statoil "Şahdəniz" layihəsindəki iştirak payını  (15,5%) "Petronas" şirkətinə satıb. Müqavilənin qiyməti 2,2 mlrd. ABŞ dolları təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi