"Petronas" TAP layihəsində səhmlərin alınması məsələsini nəzərdən keçirir

"Petronas" TAP layihəsində səhmlərin alınması məsələsini nəzərdən keçirir Malayziyanın dövlət neft-qaz şirkəti Statoil şirkətinin bu layihədəki 20% səhmlərini almaq niyyətindədir
Energetika
2 Sentyabr , 2015 12:02
Petronas TAP layihəsində səhmlərin alınması məsələsini nəzərdən keçirir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Malayziyanın "Petronas" Dövlət Neft-Qaz şirkəti Norveçin Statoil şirkətinin Transadriatik boru kəməri (TAP) layihəsindəki səhmlərinin alınması məsələsini nəzərdən keçirir.

"Report" Bloomberg-ə istinadən xəbər verir ki, Malayziya Statoil şirkətinin bu layihədəki 20% səhmlərini almaq niyyətindədir.

Lakin bununla bağlı qəti qərar hələ qəbul olunmayıb. Statoil şirkətində bu informasiyanı şərh etməkdən imtina ediblər. 

Xatırladaq ki, TAP layihəsində BP, SOCAR və Statoil şirkətlərinin hər birinin iştirak payı 20%, "Fluxys" - 19%, "Enagas" - 16%, "Axpo" - 5% təşkil edir.

2014-cü ilin oktyabr ayında Statoil "Şahdəniz" layihəsindəki iştirak payını  (15,5%) "Petronas" şirkətinə satıb. Müqavilənin qiyməti 2,2 mlrd. ABŞ dolları təşkil edib. 

Son xəbərlər

Orphus sistemi