“Petkim” neft emalı zavodunda 18 % pay alınması prosesini tamamlamaq üzrədir
- 13 oktyabr, 2021
- 11:26
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” STAR Neft Emalı Zavodunda (NEZ) 18 % pay satınalması prosesini tamamlamaq üzrədir.
“Report”un məlumatına görə, “Petkim” STAR-dakı payı üçün 240 milyon ABŞ dolları məbləğində üç bərabər hissənin ödənişinin sonuncusunun vaxtını 2022-ci ilin yanvar ayına qədər təxirə salıb.
Belə ki, idarəetmə təlimatına əsasən, ödəniş 2022-ci ilin birinci rübünün sonuna qədər tam həll olunacaq.
Məlumata görə, ilk iki tranş 2018-ci ildə 500 milyon ABŞ dolları məbləğində istiqraz yerləşdirməsi yolu ilə maliyyələşdirilib. 240 milyon ABŞ dolları məbləğində olan ödənişi “Petkim”in tənzimlənmiş borcuna konservativ şəkildə əlavə edilir.
Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
19 oktyabr 2018-ci il tarixində “STAR” NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır. Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.