“Petkim”in ümumi satış həcmi 19,2 milyon lirəyə yüksəlib

Energetika
  • 28 dekabr, 2021
  • 07:47
“Petkim”in ümumi satış həcmi 19,2 milyon lirəyə yüksəlib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivlərindən olan “Petkim” 2021-ci ilin üçüncü rübü üçün maliyyə nəticələrini açıqlayıb.

Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.

Bildirilir ki, “Petkim” neft-kimya məhsulları xərclərinin artmasına və rentabelliyin azalmasına baxmayaraq, 9 aylıq ümumi satış həcmini 19 milyon 165 min Türkiyə lirəsinə yüksəldib.

Bu uğurun qazanılmasına “Petkim”in geniş məhsul portfeli ilə istehsalının təsiri olub.

Qeyd edək ki, “SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir. Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti