"Petkim"in investisiya qoyuluşu 53% artıb

"Petkim"in investisiya qoyuluşu 53% artıb Gələcəkdə Holdinqin istehsal gücünün daha da artırılması nəzərdə tutulur
Energetika
8 Sentyabr , 2016 12:54
Petkimin investisiya qoyuluşu 53% artıb

İzmir. 8 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding"in sərmayə qoyuluşu 87 mln. ABŞ dolları təşkil edib. "Report" xəbər verir ki, bunu "Petkim Holding"in baş direktoru Anar Məmmədov İzmirdə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşdə bildirib. 

A.Məmmədov qeyd edib ki, ilin sonuna bu rəqəm artacaq, lakin sərmayənin əsas hissəsi artıq yatırılıb. Baş direktorun sözlərinə görə, keçən ilin eyni dövründə sərmayələrin həcmi 57 mln. dollar olub. 

A.Məmmədov qeyd edib ki, əsas sərmayələr külək elektrik stansiyasının inşası layihəsinə yönəldilib: "Hazırda "STAR" zavodu ilə "Petkim" kompleksi arasında inteqrasiya işləri aparılır, boru xətləri çəkilir, ümumi infrastruktur yaradılır. Buna görə də sərmayənin həcmi bir qədər artıq olub". 

Holdinqin baş direktoru bildirib ki, hazırda "Petkim"in bazar dəyəri 2,3 mlrd. dollar təşkil edir. O xatırladıb ki, "Petkim"in illik istehsal həcmi 3 mln. tondur: "Gələcəkdə istehsal gücünün daha da artırılması nəzərdə tutulur. "Petkim" gələcəkdə də Türkiyənin aparıcı neft-kimya şirkəti olaraq qalmalıdır. Türkiyənin daxili bazarı çox böyükdür, bu da bizim üçün imkanlar yaradır. Niyyətimiz bu imkanlardan tam şəkildə istifadə etməkdir".

Son xəbərlər

Orphus sistemi