"Petkim"in ərazisində kogenerasiya bölməsi tikiləcək

"Petkim"in ərazisində kogenerasiya bölməsi tikiləcək "Petkim" Neft-Kimya Holdinqinin mövcud elektrik ve buxar ehtiyacı kömür vasitəsilə ödəniləcək
Energetika
27 Yanvar , 2015 16:25
Petkimin ərazisində kogenerasiya bölməsi tikiləcək

Bakı. 27 yanvar. REPORT.AZ/ "SOCAR Power" şirkəti elektrik və buxar ehtiyacının təbii qazdan daha ucuz olan idxal kömürü vasitəsilə ödənilməsi üçün "Petkim" holdinqinin istehsalat sahəsində kogenerasiya bölməsinin ("Petkojen") tikintisi üzrə layihə həyata keçirir. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, artıq layihənin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi hissəsi başa çatdırılıb, elektrik enerjisi istehsalı üzrə lisenziya prosesi isə davam etməkdədir.

Xarırladaq ki, SOCAR-ın Türkiyədəki ən böyük aktivi olan "Petkim" Neft-Kimya Holdinqinin mövcud elektrik və buxar ehtiyacı hazırda təbii qaz vasitəsilə ödənilir.

Son xəbərlər

Orphus sistemi