“Petkim Holding” İzmirdə yeni xəstəxananın tikintisinə dəstək olacaq

“Petkim Holding” İzmirdə yeni xəstəxananın tikintisinə dəstək olacaq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim Petrokimya Holding A.Ş” Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində daha bir sosial layihəyə dəstək olub
Energetika
5 Dekabr , 2020 13:23
“Petkim Holding” İzmirdə yeni xəstəxananın tikintisinə dəstək olacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim Petrokimya Holding A.Ş” Türkiyənin İzmir şəhərinin Əliağa qəsəbəsində daha bir sosial layihəyə dəstək olub.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İzmirin Əliağa bölgəsindəki mövcud dövlət xəstəxanasının artan tələbatını ödəmək üçün ortaq bir layihəyə başlayaraq protokol imzalanıb.

İmzalanmış protokola əsasən, İzmir Valiliyi Sağlamlıq İdarəsi tərəfindən yeni Təcili Yardım Əsas Binasının layihəsi hazırlanacaq. Korporativ Sosial Məsuliyyət çərçivəsində layihəni dəstəkləyən “Petkim Petrokimya Holding A.Ş” layihənin reallaşmasına və inşasına maddi dəstək göstərəcək.

Təcili Yardım Əsas Binasının 75 gün ərzində istifadəyə verilməsi gözlənilir. Layihədə binanın tikintisinin ilk 2 mərtəbəsinin dəyəri “Petkim Petrokimya Holding A.Ş” tərəfindən ödəniləcək.

Protokolun imzalanma mərasimində Əliağa qəsəbəsinin icra nümayəndəsi (kaymakamı) Ömər Karaman, Əliağa bələdiyyəsinin sədri Sərkan Acar, Əliağa Dövlət Xəstəxanasının baş həkimi Yalçın Koçyiğit və “Petkim Petrokimya Holding A.Ş”nin sədr müavini Xaliq Mustafayev iştirak ediblər. Bütün tərəflərin iştirakı ilə imzalanma mərasimi baş tutub.

Son xəbərlər

Orphus sistemi