Yuxarı

​"Petkim Holding"in xalis mənfəəti kəskin artıb

Həyata keçirilən təkmilləşdirmə və səmərəliliyin artırılması tədbirləri Holdingin maliyyə göstəricilərinə ciddi təsir edib

Bakı. 5 sentyabr. REPORT.AZ/ Əsasən səhmdarı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) olan Türkiyənin "Petkim Holding"i 2015-ci ilin ilk rübündə 44,4 mln. lirə (təxminən 14,9 mln. ABŞ dolları), ikinci rübdə isə 188 mln. lirə (təxminən 63 mln. dollar) həcmində xalis mənfəət əldə edib. "Report" xəbər verir ki, bu barədə Holdinqin yaydığı hesabatda deyilir.

Hesabata görə, şirkət ilin ilk yarısında ümumilikdə 232,4 mln. lirə (77,9 mln. dollar) məbləğində xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur.

İlk yarımillikdə ümumi dövriyyəsi 2,086 mlrd. lirə (təxminən 699,3 mln. dollar) olan şirkətin balans mənfəəti 290 mln. lirə (təxminən 97,2 mn. dollar) olub. Ötən ilin ilk yarısında xalis mənfəətin xüsusi çəkisi 2,3% olduğu halda, 2015-ci ilin eyni dövründə bu rəqəm 4 dəfə artaraq 11,2%-ə çatıb.

"Petkim"in baş direktoru Sadettin Korkut 2014-cü ildə tamamlanan etilen zavodunun istismara verilməsinin ümumi məhsuldarlığa müsbət təsir etdiyini deyib: "Keçmiş dövrdə həyata keçirdiyimiz təkmilləşdirmə və səmərəliliyin artırılması tədbirləri mənfəətimizə müsbət təsir edib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi