"Petkim Holding"in xalis mənfəəti artıb

"Petkim Holding"in xalis mənfəəti artıb Holdinq 149 mln. lirə xalis mənfəət əldə edib
Energetika
29 Aprel , 2016 09:02
Petkim Holdingin xalis mənfəəti artıb

Bakı. 29 aprel. REPORT.AZ/ Əsas hissəsi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan "Petkim Holding" bu ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.

"Report" Holdinqə istinadən xəbər verir ki, şirkət bu ilin I rübündə 149 mln. Türkiyə lirəsi (TRY) həcmində xalis mənfəət əldə edib. Bu isə ötən ilin müvafiq dövründən 3,35 dəfə artıqdır.

Bu ilin 3 ayı ərzində şirkətin xalis satışı 18% artıb və 1,109 mlrd. lirə təşkil edib. Holdinqin aktivləri isə hesabat dövründə 32% artaraq 5,461 mlrd. lirəyə çatıb.

Son xəbərlər

Orphus sistemi