“Petkim”də yeni baş direktor müavini vəzifəsi yaradılıb

“Petkim”də yeni baş direktor müavini vəzifəsi yaradılıb Bu vəzifəyə Xalıq Mustafayev təyin edilib
Energetika
10 Noyabr , 2016 15:59
“Petkim”də yeni baş direktor müavini vəzifəsi yaradılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Petrokimya Holding A.Ş”də biznes dəstəyi üzrə baş direktor müavini vəzifəsi yaradılıb.

“Report” xəbər verir ki, bu barədə holdinqin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasındakı (Kamuyu Aydınlatma Platformu-KAP) məlumatında bildirilir. 

Məlumata görə, bu vəzifəyə Xalıq Mustafayev təyin edilib. 

Qeyd edək ki, bu vəzifəyə təyin olunmazdan əvvəl X.Mustafayev “Azərikimya” İB-nin icraçı direktorunun kadr, rejim və İT üzrə müavini vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi