“Petkim” 9 ayda mənfəətini artırıb

“Petkim” 9 ayda mənfəətini artırıb “Petkim”in bu ilin III rübündə əldə etdiyi mənfəət 136,7 mln.TRY olub
Energetika
7 Noyabr , 2016 10:50
“Petkim” 9 ayda mənfəətini artırıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Petrokimya Holding A.Ş” bu ilin 9 ayı ərzində 510 mln. Türkiyə Lirəsi (TRY) mənfəət əldə edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çoxdur.

“Petkim”in bu ilin III rübündə əldə etdiyi mənfəət isə 136,7 mln. TRY olub.

Son xəbərlər

Orphus sistemi