Siyarto: “SGC ilə Macarıstan təkcə Azərbaycandan deyil, Türkmənistandan da qaz alacaq”

Siyarto: “SGC ilə Macarıstan təkcə Azərbaycandan deyil, Türkmənistandan da qaz alacaq” “Macarıstan Türkmənistandan da qaz ala biləcək”
Energetika
10 Mart , 2021 17:29
Siyarto: “SGC ilə Macarıstan təkcə Azərbaycandan deyil, Türkmənistandan da qaz alacaq”
Peter Siyarto

Macarıstan Cənubi Qaz Dəhlizi (SGC) ilə Yunanıstan və Bolqarıstan arasında birləşdirici xətt (IGB) vasitəsi, həmçinin tikintisi 2021-ci ilin sonuna qədər tamamlanacaq Macarıstan və Serbiya arasındakı boru kəməri ilə fiziki bir bağlılığa sahib olacaq.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Macarıstan bu marşrutla Azərbaycandan qaz almaqda maraqlıdır: "Azərbaycan təbii qaz hasilatını artırmaq üçün çalışır və qarşıdakı onilliyin ortalarından, lakin, böyük ehtimalla, 2023-2024-cü illərdən başlayaraq böyük həcmdə qaz almağı asanlaşdırır.

Nazir əlavə edib ki, Macarıstanın MVM enerji şirkəti ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında müqavilənin hüquqi əsası ilə Azərbaycanda istehsal həcminin bu cür alışlarla uyğun gəlməsindən əvvəl danışıqlar aparılır. O qeyd edib ki, bunun üçün isə Macarıstan tərəfi ölkəyə Azərbaycan qazının nəql ediləcəyi boru kəmərin çatışmayan hissəsinin inşasını başa çatdırmalıdır.

P.Siyarto Türkmənistanla Azərbaycan arasında Avropaya təbii qazın nəql edilməsi ilə bağlı əldə edilən Anlaşma Memorandumuna toxunaraq qeyd edib ki, bu, Macarıstan üçün çox böyük irəliiləyiş olacaq addımdır: “Çünki Cənub Qaz Dəhlizi ilə Macarıstan təkcə Azərbaycandan deyil, Türkmənistandan da qaz ala biləcək”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan Trans-Adriatik Boru Kəməri (TAP) Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır. 31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Son xəbərlər

Orphus sistemi