Dmitri Peskov: "Venesueladakı vəziyyətin neft bazarlarına təsirini müzakirə etmək hələ tezdir"

Dmitri Peskov: "Venesueladakı vəziyyətin neft bazarlarına təsirini müzakirə etmək hələ tezdir" Bakı. 24 yanvar. REPORT.AZ/ Venesuelada baş verənlərin neft bazarlarına təsirinin necə olacağı barədə danışmaq hələ tezdir.
Energetika
24 Yanvar , 2019 15:10
Dmitri Peskov: Venesueladakı vəziyyətin neft bazarlarına təsirini müzakirə etmək hələ tezdir

Bakı. 24 yanvar. REPORT.AZ/ "Venesuelada baş verənlərin neft bazarlarına təsirinin necə olacağı barədə danışmaq hələ tezdir".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin ABŞ-ın Venesueladan neft ixracına embarqo qoyulması ilə bağlı qərarının dünya neft bazarına necə təsir edəcəyi ilə bağlı sualına cavab verərkən deyib.

Qeyd edək ki, hiperinflyasiya, eləcə də iqtisadi və siyasi böhran fonunda Venesuelada neft hasilatı çoxillik minimumlara çatıb və azalmaqda davam edir.

Əlavə edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi