Pərviz Şahbazov: "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi"nə birgə maraq kəsb edən layihələr statusu veriləcək"
Pərviz Şahbazov: "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi"nə birgə maraq kəsb edən layihələr statusu veriləcək"Azərbaycan və Avropa ittifadı (Aİ) "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" layihəsinə birgə maraq kəsb edən layihələr statusunun verilməsi prosesini sürətləndirəcək.
Azərbaycan və Avropa ittifadı (Aİ) "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" layihəsinə birgə maraq kəsb edən layihələr statusunun verilməsi prosesini sürətləndirəcək.
“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonla təbii qaz, hidrogen və “yaşıl enerji” sahələrində əməkdaşlığımızı enerji təhlükəsizliyinin gücləndirilməsi aspektində dəyərləndirdik. Qaz və “yaşıl enerji” dəhlizlərinin inkişafı istiqamətində növbəti addımlarımızı, "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" layihəsinə birgə maraq kəsb edən layihələr (Project Mutual İnterest – PMI) statusunun verilməsi ilə bağlı prosesi sürətləndirməyi razılaşdırdıq”, - deyə nazir bildirib.