Pərviz Şahbazov Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək

Pərviz Şahbazov Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.
Energetika
27 Sentyabr , 2022 16:41
Pərviz Şahbazov Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək

Energetika naziri Pərviz Şahbazov sentyabrın 28-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclasında iştirak edəcək.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.

İclasda P.Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının əvvəlki adı) energetika nazirlərinin birinci görüşü ötən ilin fevralın 24-də keçirilib. Azərbaycanın təşkilata sədrliyi çərçivəsində baş tutan videokonfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstanın yüksək səviyyəli nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan TDT-nin üzvləridir. Macarıstan isə müşahidəçi qismində iştirak edir. 

Son xəbərlər

Orphus sistemi