Pərviz Şahbazov: “Ötən il ümumilikdə 1 300 meqavat güc bərpa olunub”

Pərviz Şahbazov: “Ötən il ümumilikdə 1 300 meqavat güc bərpa olunub” Xarici investisiyaların cəlbi ilə istehsal gücü 550 meqavata qədər olan yeni istilik elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür.
Energetika
195
7 Yanvar , 2021 14:09
Pərviz Şahbazov: “Ötən il ümumilikdə 1 300 meqavat güc bərpa olunub”

"Hesabat dövründə elektrik enerjisinin ixracı 1,15 milyard kilovat/saat olub. Elektrik enerjisi generasiya güclərinin yaradılması və bərpası sahəsində də iş davam edib".

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə bildirib.

Onun sözlərinə görə, müvafiq proqramlar çərçivəsində, ümumilikdə 1 300 meqavat güc bərpa olunub, 385 meqavatlıq “Qobu” elektrik stansiyasının və yarımstansiyasının tikintisi davam etdirilir.

Nazir bildirib ki, yeni SCADA sistemi də qurulmaqdadır: “Xarici investisiyaların cəlbi ilə istehsal gücü 550 meqavata qədər olan yeni istilik elektrik stansiyasının tikintisi üzrə müvafiq işlər görülür”.

Son xəbərlər

Orphus sistemi