""OPEC+” ölkələri təşkilatın və neft sənayesinin gələcəyi haqda düşünməlidir".
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gündən başlayaraq Avstriyanın paytaxtı Vyanada keçirilən və sabah başa çatacaq 8-ci OPEC beynəlxalq seminarında bildirib.
“Neft sektoruna sərmayə qoyuluşunun azalması da nəzərə alınmalıdır. Bu istiqamətdə daha çox müzakirələr aparmalıyıq”, - o deyib.
Nazirin sözlərinə görə, neftin qiymətinin pik nöqtəsində bu sektora investisiyalar ildə 900 milyard ABŞ dolları, 2021-ci ildə isə cəmi 300 milyard ABŞ dolları olub.
Xatırladaq ki, seminar “Dayanıqlı və inklüziv enerji keçidinə doğru” mövzusundadır. P.Şahbazovun səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.