Pərviz Şahbazov: “OPEC+ sazişinə daha çox ölkənin qoşulmasına ehtiyac var”

Pərviz Şahbazov: “OPEC+ sazişinə daha çox ölkənin qoşulmasına ehtiyac var” “Aprelin 12-i OPEC+ ölkələrinin razılığa gəlməsi çox mühüm addımdır. Biz hamımız anladıq ki, OPEC+ sazişinin gələcəkdə rolu nə dərəcədə əhəmiyyətli olacaq”.
Energetika
11 İyun , 2020 17:46
Pərviz Şahbazov: “OPEC+ sazişinə daha çox ölkənin qoşulmasına ehtiyac var”

“Aprelin 12-i OPEC+ ölkələrinin razılığa gəlməsi çox mühüm addımdır. Biz hamımız anladıq ki, OPEC+ sazişinin gələcəkdə rolu nə dərəcədə əhəmiyyətli olacaq”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkil etdiyi “Post-COVID-19 dövründə enerji məsələləri” adlı vebinarda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov qeyd edib.

O bildirib ki, bu sazişə daha çox ölkələr qoşulmalıdır.

“Düşünürəm ki, bu sazişin genişlənməsinə ehtiyac var, bura daha çox ölkə qoşulmalıdır. Bu çətin dövrdə biz əksər ölkələrin maraqlarını yüksək qiymətləndirdik. Bu ölkələr könüllü şəkildə təşkilata qoşulmaq niyyətində idilər. Bu ölkələrlə yaxından əməkdaşlıq etməliyik. Bu həmin dövr üçün böyük nailiyyət idi”, - nazir əlavə edib.

Bundan başqa, o qeyd edib ki, 2020-ci il üçün nəzərdə tutulan proqnozlar sevindirici deyil. Nazir xatırladıb ki, enerji sektorunda 400 mlrd ABŞ dolları məbləğində investisiya kəsiri gözlənilir: “Xərclərin 30%-ə qədər azalması gözlənilir. Bütün bunlar bizi çətin vəziyyətə gətirib çıxarıb. Gələcəkdə bu sahəyə sərmayələrin çatışmazlığı ilə üzləşə bilərik”.

Son xəbərlər

Orphus sistemi