Pərviz Şahbazov “OPEC plus” nazirlərinin iclasında iştirak edəcək

Pərviz Şahbazov “OPEC plus” nazirlərinin iclasında iştirak edəcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib.
Energetika
163
5 Mart , 2020 09:59
Pərviz Şahbazov “OPEC plus” nazirlərinin iclasında iştirak edəcək
Energetika naziri Pərviz Şahbazov / Report
0 : 00
0 : 00

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edib.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir martın 6-da keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 8-ci görüşündə iştirak edəcək.

“OPEC plus” nazirlərinin Vyana görüşündə qlobal neft bazarının vəziyyəti müzakirə ediləcək və martdan sonrakı dövr üçün hasilat səviyyəsinə dair qərarın qəbulu məsələsinə baxılacaq.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC nazirlərinin 7-ci iclasında “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barel azaldılması barədə qərar qəbul edilib. Bu Razılaşmaya uyğun olaraq, Azərbaycanın öhdəliyi daha 7 min barel artırılaraq 27 min barel müəyyən edilib. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2020-cu ilin mart ayının sonunda başa çatır.

Son xəbərlər

Orphus sistemi