Pərviz Şahbazov Ermənistanın kapitulyasiyasının əhəmiyyətindən danışdı

Pərviz Şahbazov Ermənistanın kapitulyasiyasının əhəmiyyətindən danışdı Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın son hərbi və siyasi qələbəsi Ermənistanın hədəfində olan, Avropadan və digər regionlardan olan istehlakçılari neft və qazla təchiz edən kəmərlərin sığortalanması baxımından xüsusi əhəmiyy
Energetika
12 Noyabr , 2020 18:03
Pərviz Şahbazov Ermənistanın kapitulyasiyasının əhəmiyyətindən danışdı
Pərviz Şahbazov

Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın son hərbi və siyasi qələbəsi Ermənistanın hədəfində olan, Avropadan və digər regionlardan olan istehlakçıları neft və qazla təchiz edən kəmərlərin sığortalanması baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Report” xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda Nazirlərin 22-ci Görüşündə energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, sentyabrın 27-dən Azərbaycanın neft-qaz kəmərləri Ermənistanın hədəfində olub: “Onlar həm də Azərbaycanın su və elektrik stansiyalarını hədəfə alıb. Ermənistanın bir çox yüksək rütbəli məmurları dünyanın ən böyük terminallarından olan Səngəçal neft-qaz terminalını dağıtmaqla bağlı mesaj veriblər. Qlobal qaz bazarının azad geosiyasi mühitə ehtiyacı var. Buna görə də Azərbaycanın 30 illik münaqişəyə son qoyması ortaq məqsədlərimizə çatmaq baxımından da əhəmiyyətlidir. Ermənistanın hərbi kapitulyasiyası Azərbaycan torpaqlarını işğalda azad etməklə yanaşı, regional və qlobal enerji layihələrimizin təhlükəsizliyini və etibarlılığını təmin etdi”.

Son xəbərlər

Orphus sistemi