Pərviz Şahbazov: "Bu il Azərbaycan Türkiyəyə 10 milyard kubmetr qaz ixrac edəcək"

Pərviz Şahbazov: "Bu il Azərbaycan Türkiyəyə 10 milyard kubmetr qaz ixrac edəcək" 2023-cü ildə Azərbaycandan Türkiyəyə 10 milyard kubmetr təbii qazın ixracı proqnozlaşdırılır.
Energetika
3 fevral 2023 13:07
Pərviz Şahbazov: Bu il Azərbaycan Türkiyəyə 10 milyard kubmetr qaz ixrac edəcək

2023-cü ildə Azərbaycandan Türkiyəyə 10 milyard kubmetr təbii qazın ixracı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.

“Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz ilə qaz, elektrik enerjisinin ixracı və tranziti kimi birgə enerji əməkdaşlığının gündəliyində olan məsələləri müzakirə etdik”, - deyə nazir bildirib.

Orphus sistemi