Pərviz Şahbazov: “Bu il Azərbaycan 13,4 milyon ton neft ixrac edib”

Pərviz Şahbazov: “Bu il Azərbaycan 13,4 milyon ton neft ixrac edib” İlk yarım ildə operativ məlumatlara əsasən Azərbaycanda hasil edilmiş 16,5 milyon ton neftin 13,4 milyon tonu ixraca nəql edilib
Energetika
9 İyul , 2022 09:56
Pərviz Şahbazov: “Bu il Azərbaycan 13,4 milyon ton neft ixrac edib”
Pərviz Şahbazov

İlk yarım ildə operativ məlumatlara əsasən Azərbaycanda hasil edilmiş 16,5 milyon ton neftin 13,4 milyon tonu ixraca nəql edilib.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 % artımla hasil edilib 23,4 miyard kubmetr qazın 11,2 milyard kubmetri ixrac olunub.

P. Şahbazov həmçinin bildirib ki, bu ilin ilk yarım ilində Azərbaycandan Avropaya 5,4 milyard kubmetr Türkiyəyə 4,3 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz ixrac olunub.

Nazir vurğulayıb ki, bu dövrdə qaz ixracı 25,7 % artıb.

Son xəbərlər

Orphus sistemi