Azərbaycan və Böyük Britaniya “yaşıl enerji”yə dair konkret layihələri aktivləşdirmək istəyir

Azərbaycan və Böyük Britaniya “yaşıl enerji”yə dair konkret layihələri aktivləşdirmək istəyir Azərbaycanla Böyük Britaniya arasında “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılması və konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsi vacibdir.
Energetika
30 May , 2023 13:41
Azərbaycan və Böyük Britaniya “yaşıl enerji”yə dair konkret layihələri aktivləşdirmək istəyir

Azərbaycanla Böyük Britaniya arasında “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılması və konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsi vacibdir.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov ilə “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycanda səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson arasında keçirilən görüşdə deyilib.

Görüşdə iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya çərçivəsində və təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Tərəflər həm də “Yaşıl enerji”nin maliyyələşməsi üzrə Azərbaycan-Böyük Britaniya əməkdaşlıq perspektivlərini nəzərdən keçirib.

Nazir Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğunu, bu illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığını bildirib.

11:45

“Birləşmiş Krallıq 34 milyard ABŞ dolları sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur”.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazovun Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə keçirilən görüşdə bildirilib.

Görüşdə tərəflər təmiz enerjiyə keçid istiqamətində, həmçinin Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparıb.

Bununla bağlı P. Şahbazov özünün tviter hesabında paylaşım edib.

Son xəbərlər

Orphus sistemi