Pərviz Şahbazov: "Albaniya SGC-ni enerji landşaftının uzunmüddətli gələcəyi kontekstində qiymətləndirir"

Pərviz Şahbazov: "Albaniya SGC-ni enerji landşaftının uzunmüddətli gələcəyi kontekstində qiymətləndirir" Albaniyanın infrastruktur və energetika nazirinin müavini İlir Bejtja Cənub-Qaz-Dəhlizini (CQD) ölkəsinin və enerji landşaftının uzunmüddətli gələcəyi kontekstində qiymətləndirib.
Energetika
4 Fevral , 2022 17:02
Pərviz Şahbazov: Albaniya SGC-ni enerji landşaftının uzunmüddətli gələcəyi kontekstində qiymətləndirir

Albaniyanın infrastruktur və energetika nazirinin müavini İlir Bejtja Cənub-Qaz-Dəhlizini (CQD) ölkəsinin və enerji landşaftının uzunmüddətli gələcəyi kontekstində qiymətləndirib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında İlir Bejtja ilə görüşündən sonra yazıb.

Qeyd edək ki, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası keçirilir. Tədbirdə nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularına həsr olunmuş plenum sessiyaları keçirilib.

"Şahdəniz" qaz yatağının istismarını və Azərbaycandan İtaliyayadək gedən qaz ixrac kəmərlərini əhatə edən SGC layihəsinin məqsədi Avropa İttifaqına qaz tədarükünü şaxələndirmək, təkcə bir qaz tədarükü mənbəyinə bağlı olan ölkələrin sayını azaltmaqdır. SGC-nin Avropadakı hissəsi olan TAP (Trans Adriatik boru kəməri) layihəsi 2020-ci ilin 31 dekabr tarixindən müntəzəm fəaliyyətə başlayaraq Azərbaycan qazının Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəqlini həyata keçirir.

Son xəbərlər

Orphus sistemi