Pekində müəssisə və binalara qaz verilişi dayandırılıb

Pekində müəssisə və binalara qaz verilişi dayandırılıb Qaz məhdudiyyəti şənbə günündən yaranıb
Energetika
28 Dekabr , 2015 11:55
Pekində müəssisə və binalara qaz verilişi dayandırılıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Pekində ictimai binalara qazın verilişi məhdudlaşdırılıb, sənaye müəssisələrinə isə qaz verilişi dayandırılıb. "Report" yerli KİV-ə istinadən xəbər verir ki, məhdudiyyət şənbə günündən yaranıb.

Pekin Bələdiyyəsinin Şəhər Administrasiyası və Ətraf Mühit Komissiyasının bəyanatına görə, bu, güclü duman səbəbindən Çin Milli Neft Korporasiyasının idxal olunan maye qazın yükləməsinin mümkün olmaması ilə əlaqədardır: "Gəmilər limana çatdıqdan sonra qazın yüklənilməsi mümkün olmayıb". 

Qeyd olunub ki, bu gün ərzində qazın verilişinin bərpa olunması gözlənilir.

Son xəbərlər

Orphus sistemi