PDVSA rəhbəri: "ABŞ şirkətə sanksiya tətbiq etməklə özünə ziyan vurub"

PDVSA rəhbəri: "ABŞ şirkətə sanksiya tətbiq etməklə özünə ziyan vurub" Bakı. 1 fevral. REPORT.AZ/ Həmişə ABŞ üçün etibarlı təchizat mənbəyi olmuşuq, bütün bu tədbirlər sonda ABŞ-ın daxili bazarına, amerikalı istehlakçılara təsir edəcək. 10 gündən, bir aydan sonra, bilmirəm, amma onlar bunu hiss edəcəklər.
Energetika
1 Fevral , 2019 16:26
PDVSA rəhbəri: ABŞ şirkətə sanksiya tətbiq etməklə özünə ziyan vurub
0 : 00
0 : 00

Bakı. 1 fevral. REPORT.AZ/ "Həmişə ABŞ üçün etibarlı təchizat mənbəyi olmuşuq, bütün bu tədbirlər sonda ABŞ-ın daxili bazarına, amerikalı istehlakçılara təsir edəcək. 10 gündən, bir aydan sonra, bilmirəm, amma onlar bunu hiss edəcəklər".

"Report" xəbər verir ki, bunu Venesuelanın neft naziri və "Petroleos de Venezuela, S.A." (PDVSA) dövlət korporasiyasının rəhbəri Manuel Kevedo "İzvestiya"ya müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ PDVSA-ya qarşı sanksiyalar tətbiq etməklə özünə ziyan vurub.

M.Kevedo Vaşinqtonun Venesuelaya qarşı birtərəfli sanksiyalarını siyasi addım adlandıraraq ABŞ-ın əsas məqsədinin Prezident Nikolas Maduronun qanuni hökumətini devirmək və respublikanın neft ehtiyatlarını ələ keçirmək olduğunu söyləyib.

Qeyd edək ki, ABŞ yanvarın 29-da Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.

Son xəbərlər

Orphus sistemi