PDVSA neft ixracını ABŞ-dan Avropa və Asiyaya yönləndirmək niyyətindədir

PDVSA neft ixracını ABŞ-dan Avropa və Asiyaya yönləndirmək niyyətindədir Bakı. 6 fevral. REPORT.AZ/ Venesuelanın dövlət neft şirkəti olan PDVSA neft ixracını ABŞ-dan Avropa və Asiyaya yönləndirəcək.
Energetika
6 Fevral , 2019 15:38
PDVSA neft ixracını ABŞ-dan Avropa və Asiyaya yönləndirmək niyyətindədir

Bakı. 6 fevral. REPORT.AZ/ Venesuelanın dövlət neft şirkəti olan PDVSA neft ixracını ABŞ-dan Avropa və Asiyaya yönləndirəcək.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Venesuelanın OPEC-dəki nümayəndəsi, PDVSA-nın və ölkənin Neft Nazirliyinin texniki məsləhətçisi Ronni Romero məlumat verib.

"ABŞ tərəfdən yeni qanunsuz sanksiyalarla üzləşirik. ABŞ-a gündəlik, təxminən, 500 min barel neft ixrac edirdik. İndi isə bu həcmi Avropa və Asiyadakı müştərilərə yönləndirəcəyik", - o deyib.

Bundan əlavə, R.Romero Venesuelanın vəziyyətin neft bazarına təsir etməməsi üçün mümkün olan hər şeyi edəcəyini qeyd edib.

Son xəbərlər

Orphus sistemi