Yuxarı

Paytaxtın Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər yaranacaq

Təmir işlərinin ​Binə və Qala qəsəbələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür

Bakı. 4 oktyabr. REPORT.AZ/ Yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədan ayrılması ilə əlaqədar oktyabrın 5-də saat 09:00-dan 18:00-dək Yasamal rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, aparılan işlərin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi