Paytaxtda sənaye istehsalı bir ildə 97 %-dən çox artıb
- 27 may, 2022
- 09:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Bakı şəhərinin sənaye sektorunda istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 23,7 milyard manat təşkil edib.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.
Bildirilir ki, bu, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 97,5 % çoxdur.
Sənaye məhsulunun 85,1 %-i mədənçıxarma, 12,7 %-i emal, 1,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90,7 % olub.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 94,9 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 5,1 % təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin mayın 1-nə 272,3 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 82 milyon manat məbləğində digər məhsullar da mövcud olub.