Paytaxtda ağacın qırılması iki küçəni qazsız qoyub

Paytaxtda ağacın qırılması iki küçəni qazsız qoyub "Azəriqaz"ın qəza-dispetçer xidməti artıq hadisə ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə məlumat verib
Energetika
1596
4 İyul , 2015 10:22
Paytaxtda ağacın qırılması iki küçəni qazsız qoyub

Bakı. 4 iyul. REPORT.AZ/ Bu gecə Bakıda əsən gückü külək Nərimanov rayonunda ağacı qıraraq yaxınlıqdan keçən 57 düymlük qaz boru xəttinin üzərinə aşırıb. Nəticədə, zədələnən xətdə sızma yaranıb və bununla əlaqədar rayonun iki küçəsinə qazın verilməsi kəsilib. Bunu "Report"a Nərimanov rayonunun bəzi yerlərində qazın olmaması ilə əlaqədar yayılan məlumatlara aydınlıq gətirən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.

İ.Kərbalayevin sözlərinə görə, Birliyin qəza-dispetçer xidməti tərəfindən artıq hadisə ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinə məlumat verilib: "Qəza nəticəsində yalnız Ağa Nemətulla küçəsində 3, Faiq Yusifov küçəsində isə 2 binaya qaz verilişi dayanıb. Artıq qəza-dispetçer xidməti icra hakimiyyətinə məlumat verib və yaşıllaşdırma xidmətinin ağacı kəsməsini gözləyirik".

Binalara qaz verilişinin bərpa edilməsinə gəlincə isə "Azəriqaz" rəsmisi bunun Yaşıllaşdırma İdarəsi tərəfindən ağacın kəsilməsindən dərhal sonra olacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi