Yuxarı
    Bağlamaq

    Parlamentin “D230” bloku üzrə sazişi yay tətilindən əvvəl ratifikasiya etməsi gözlənilir

    Bakı. 1 may. REPORT.AZ/ Milli Məclisin “D230” blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni sazişi (HPBS-Production Sharing Agreement/PSA) Yaz sessiyası yekunlaşana kimi ratifikasiya etməsi gözlənilir.

    “Report” xəbər verir ki, bu barədə BP şirkətinin I rüb üzrə hesabatında məlumat verilib.

    “Aprelin 26-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki “D230” blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb. Sazişin Azərbaycan Parlamenti tərəfindən yay tətilindən öncə ratifikasiya olunması planlaşdırılır”, - məlumatda qeyd olunub.

    Qeyd edək ki, saziş Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən imzalanıb.

    "D230" bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində, təxminən, 135 kilometr (84 mil) məsafədə yerləşir. Blok, təxminən, 3200 kvadrat kilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi, təxminən, 3500 metrdir. 25 illik müddəti əhatə edən HPBS-ə əsasən, BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator olacaq, iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq. Bundan əvvəl, 2016-cı ilin may ayında "D230" blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la qarşılıqlı anlaşma memorandumu imzalanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi