Pandemiya dövrünün uğurlu təcrübəsi: Neftçilər üçün onlayn peşə təlimləri

Pandemiya dövrünün uğurlu təcrübəsi: Neftçilər üçün onlayn peşə təlimləri Pandemiya dövrünün uğurlu təcrübəsi: Neftçilər üçün peşə təlimləri onlayn keçirilir
Energetika
533
18 İyul , 2020 09:26
Pandemiya dövrünün uğurlu təcrübəsi: Neftçilər üçün onlayn peşə təlimləri

SOCAR-ın “Azneft” İstehsalat Birliyində (İB) işçilərin inkişafına töhfə vermək məqsədi ilə keçirilən daxili vebinarlar davam edir. 

"Report" xəbər verir ki, "Azneft” İB-nin baş direktoru Şahmar Hüseynovun sözlərinə görə, koronavirus (COVİD-19) pandemiyasının kəskin yayıldığı bu vaxtlarda beynəlxalq şirkətlərin öndə gedən öyrənmə və inkişaf strategiyaları onlayn vebinarların keçirilməsi və bu yolla işçilərin davamlı inkişafına mütəmadi olaraq təkan verməkdən ibarətdir: “Bununla əlaqədar olaraq son aylarda SOCAR-ın təşkil etdiyi müxtəlif vebinarlarda yüzlərlə işçi iştirak edib. “Azneft” İstehsalat Birliyi də işçilərin inkişafına töhfə vermək məqsədilə daxili vebinarların təşkilini həyata keçirir. Son həftələrdə müxtəlif mövzuları əhatə edən vebinarlar keçirilib. Vebinarlar Birliyin təcrübəli mütəxəssisləri tərəfindən keçirilir və hər mövzu spesifik sahələri əhatə edir”. 

Qeyd edək ki, “skype for business” vasitəsilə “online” keçirilən təlimlərə evdən və ofisdə çalışan işçilər qoşulurlar. 

Seymur İlyasov
Seymur İlyasov

“Azneft” İB-nin Strateji inkişaf və korporativ idarəetmə şöbəsinin rəisi Seymur İlyasov bildirir ki, vebinarlardan müxtəlif istiqamətlər və sahələr üzrə mühüm məlumatlar öyrənir: “Vebinarlar vaxt, eyni zamanda maraqlı məlumatlar əldə etmək baxımından səmərəlidir. Daha qısa zamanda daha çox sahədən məlumat əldə etmək imkanı var. Ümumiyyətlə, hazırda biznesin bir çox sahəsi rəqəmsal platformaya keçir.Hesab edirəm ki, gələcəkdə bu bir məcburiyyət halını alacaq”.

Bu gün “Azneft” İstehsalat Birliyinin idarələrində də vebinarlara maraq böyükdür. İşçilər onlara yaradılan bu imkanlardan maksimum dərəcədə yararlanmağa çalışırlar.

 “Bibiheybətneft” NQÇİ-nin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəisi Ceyhun Əhmədov bildirir ki, vebinarlar vasitəsilə öz biliklərini artırırlar. Vebinarlar bizim üçün vaxt baxımından kifayət qədər əlverişlidir. Vaxta qənaət etməklə biliklərimizi daha da zənginləşdirir, maraq dairəmizə daxil olan müxtəlif sahələr üzrə daha dolğun məlumatlar qazanırıq. Gələcək hədəfim isə yeni, müasir avadanlıqlardan istifadəqaydalarını öyrənmək, əməyin mühafizəsi vətəhlükəsizlik texnikası sahəsindəki yeniliklərlə tanış olmaq və onları mənimsəməkdir”.

“Bibiheybətneft” NQÇİ-nin aparıcı iqtisadçısı Elmir Soltanov isə qeyd edir ki, vebinarlardamüxtəlif yeniliklər, ekoloji siyasət, müasir texnologiyaların istehsalata tətbiqi, informasiya texnologiyalarından istifadə qaydalarını və s. öyrənir: “Hazırda pandemiyanın yayıldığı və xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar məsafədən idərəetmənin səmərəliliyi günümüzün reallığıdır. Artıq dünyada rəqəmsal sənayeyə keçid reallığa çevrilib. Neft sənayəsində bunun tətbiqi bir çox sahələrdə labüd və vacib amilə çevrilməkdədir. Neft sənayesində səlis idarərtmə sistemlərinin və uzaqdan idarəetmənin tətbiqi səmərəliliyin artırılmasına, düzgün və çevik qərarların verilməsinə səbəb olub”. 

Son xəbərlər

Orphus sistemi