Ötən il “Ukrtransnafta” şirkəti 45 min ton “Azeri Light” nefti əldə edib

Ötən il “Ukrtransnafta” şirkəti 45 min ton “Azeri Light” nefti əldə edib Bakı. 4 fevral. REPORT.AZ/ Ukraynanın “Ukrtransnafta” şirkəti 2018-ci ildə Kremençuq Neft Emalı Zavodu üçün 45 min ton “Azeri Light” markalı neft əldə edib.
Energetika
4 Fevral , 2019 14:28
Ötən il “Ukrtransnafta” şirkəti 45 min ton “Azeri Light” nefti əldə edib

Bakı. 4 fevral. REPORT.AZ/ Ukraynanın “Ukrtransnafta” şirkəti 2018-ci ildə Kremençuq Neft Emalı Zavodu üçün 45 min ton “Azeri Light” markalı neft əldə edib.

“Report”un məlumatına görə, bu barədə Uktraynanın “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.

Məlumata görə, bu həcmdə Azərbaycan nefti “Cənub” dəniz neft terminalından alınıb.

Qeyd edək ki, Azərbaycan nefti Kremençuq Neft Emalı Zavodunda emal üçün əldə edilir.

Son xəbərlər

Orphus sistemi