Ötən il SOCAR neft ixracını 8 %-ə yaxın artırıb

Energetika
  • 13 yanvar, 2023
  • 12:31
Ötən il SOCAR neft ixracını 8 %-ə yaxın artırıb

2022-ci il ərzində Azərbaycandan 26,3 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2022-ci il üzrə operativ məlumatlarında deyilir.

Bu, 2021-ci ilin göstəriciləri ilə müqayisədə 1,8 milyon ton və ya 6,8 % azdır.

Bunun 24,9 milyon tona yaxını isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür ki, bu da illik müqayisədə 1,9 milyon ton və ya 7,1 % azdır.

Hasil edilən neftin 1,4 milyon tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb ki, bu da illik müqayisədə 0,1 milyon ton və ya 7,7 % çoxdur.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

BP ABƏŞ-in ən iri səhmdarı və operatorudur. Konsorsiumda həmçinin “MOL Group”, INPEX, Equinor, ExxonMobil, TPAO, Itochu və ONGC şirkətləri təmsil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti