2019-cu ildə Azərbaycanın magistral qaz kəmərləri ilə 27 512,7 mln. kubmetr qaz nəql edilib.
“Report”un
Ötən il qazın nəqlinin 37,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 10 417,8 mln. kubmetr qaz ötürülüb. Bu isə 2018-ci illə müqayisədə 24,2% çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.