Ötən il “Qazprom”un qaz hasilatı 10 %-dək azalıb

Ötən il “Qazprom”un qaz hasilatı 10 %-dək azalıb “Qazprom” 2020-ci ildə 452,7 mlrd kubmetr qaz hasil edib. Şirkətin Müstəqil Dövlətlər Birliyi (MDB) xaricindəki ölkələrə ixracatı 179,3 mlrd kubmetr təşkil edib.
Energetika
322
3 Yanvar , 2021 05:00
Ötən il “Qazprom”un qaz hasilatı 10 %-dək azalıb

“Qazprom” 2020-ci ildə 452,7 mlrd kubmetr qaz hasil edib. Şirkətin Müstəqil Dövlətlər Birliyi (MDB) xaricindəki ölkələrə ixracatı 179,3 mlrd kubmetr təşkil edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, bunu “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller deyib.

2019-cu ilin sonunda şirkətin qaz hasilatı 500,1 mlrd kubmetr təşkil edib. MDB xaricindəki ölkələrə (Çin də daxil olmaqla) ixrac 199,3 mlrd kubmetrə çatıb. Beləliklə, “Qazprom”un qaz hasilatı 2020-ci ildə 9,48 faiz, ixracatı isə 10 faiz azalıb.

Ayrıca, doqquz Avropa ölkəsi, keçən il “Qazprom”dan 2019-cu illə müqayisədə daha çox qaz alıb. Bunlara Türkiyə, Yunanistan, Belçika və Danimarka daxildir. Bundan başqa Niderland və Slovakiya Rusiyadan qaz tədarükünü rekord həddə çatdırıb.

Son xəbərlər

Orphus sistemi