Ötən il Energetika Nazirliyi tərəfindən 242 icazə verilib

Ötən il Energetika Nazirliyi tərəfindən 242 icazə verilib ​Ötən il Energetika Nazirliyi tərəfindən 242 icazə verilib
Energetika
8 Yanvar , 2020 11:49
Ötən il Energetika Nazirliyi tərəfindən 242 icazə verilib

2019-cu ildə Energetika Nazirliyi tərəfindən “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 241 icazə verilib. Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bunlardan 202-si ixrac nəzarətinə düşən malların idxalı, 5-i ixrac nəzarətinə düşən malların ixracı, 34-ü isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.

Bu dövrdə 202 icazənin verilməsi 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Hesabat dövründə həmçinin “Lisenziyalar və icazələr haqqında” Qanuna 3 nömrəli əlavənin və “Elektroenergetika haqqında" Qanunun müvafiq maddələrinə əsasən, elektrik enerjisinin idxalına 1 icazə verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.