Ötən il “Balaxanı” yatağında neft hasilatı 10 %-dən çox artıb

Energetika
  • 13 iyun, 2022
  • 07:01
Ötən il “Balaxanı” yatağında neft hasilatı 10 %-dən çox artıb

2021-ci il ərzində quruda yerləşən “Balaxanı” yatağından 1,73 milyon barel neft hasil edilib.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin icrası barədə illik hesabata rəy”ində bildirilib

Hesabata əsasən, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,16 milyon barel və ya 10,2 % çoxdur.

Belə ki, ötən il bu yataqdan 1,62 milyon barel kondensatın hasil edilməsi gözlənilirdi ki, bu da faktiki göstəricidən 0,11 milyon barel və ya 6,79 % çoxdur.

Qeyd edək ki, “Balaxanı-Sabunçu-Ramana” neft-qaz yatağı Bakı şəhərindən 12 km şimal-şərqdə yerləşir. Yatağın tutduğu sahənin uzunluğu 10 km, eni isə 3 km-dir. Oroqrafik cəhətdən bu yataq en istiqamətdə uzanan düzənliyi xatırladır. Düzənliyin qərbində yerləşən Balaxanı sahəsində Boğ-Boğa palçıq vulkanı yerləşib. Qərbdə hündürlüyünü saxlayan bu vulkan şərqdə yüksəkliyini itirərək Zabrat düzənliyi ilə əvəz olunur. Cənubda en istiqamətində uzanan Böyükşor və Ramana gölləri yerləşib. Bu yataq demək olar ki, 1869-cu ildə kəşf olunub və 1871-ci ildən istismar olunur. İstismar olunan fondda 1 124 quyu və fəaliyyətsiz quyular fondunda isə 328 quyu var.

Xatırladaq ki, "Balaxanı" yatağı "Balaxanıneft" Neft və Qaz Çıxarma İdarəsi (SOCAR-ın strukturu) tərəfindən işlənir. 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti və Almaniyanın "UGE-Lanser PTI" şirkəti Balaxanı, Sabunçu, Ramana və Kürdəxanı quru yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair (PSA) 25 illi müqavilə imzalayıblar. Müqavilə sahəsi 16,14 kvadrat kilometr təşkil edir.

Müqaviləyə görə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %, Almaniyanın "Lancer" şirkətinin isə 75 % -dir.

Son xəbərlər

Bütün Xəbər Lenti