Yuxarı

Ötən il Bakıda enerji haqqının yığımı 98%-i ötüb

Bu vəsait telefon və SMS-lə xəbərdarlıq sistemlərinin tətbiqi hesabına toplanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycanda 2015-ci ildə əhali və qeyri-əhali istehlakçılarında 184 217 ədəd sayğac quraşdırılıb və ya dəyişdirilib. Onlardan 14 158 ədədi SMS tipli müasir sayğaclardır. "Report"un "Azərbaycan" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu “Azərişıq” ASC-nin sədri Baba Rzayev bildirib. 

Onun sözlərinə görə, abunəçilərin istehlak etdiyi enerji haqlarının ödənilməsi internet resurslarından istifadə etməklə, bank və poçt, həmçinin APUS, “Paypoint” və digər ödəniş növləri vasitələri ilə həyata keçirilir. 

"Bununla yanaşı, elektrik enerji borcları haqqında abunəçilərə məlumatların çatdırılması məqsədilə telefonla xəbərdarlıq və kommersiya abonentləri üçün SMS-lə xəbərdarlıq sistemləri qurularaq tətbiq edilir. Bu tədbirlər nəticəsində, 2015-ci ildə elektrik enerjisinə görə Bakı şəhəri üzrə 98,3%, regional elektrik şəbəkələri üzrə isə 86,6% yığıma nail olunub", - deyə B.Rzayev qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi