Ötən il Bakı-Ərzurum kəməri ilə qaz nəqli 2% artıb

Ötən il Bakı-Ərzurum kəməri ilə qaz nəqli 2% artıb Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 2017-ci ildə 7 314,2 mln. kubmetr qaz ötürülüb.
Energetika
17 Yanvar , 2018 17:32
Ötən il Bakı-Ərzurum kəməri ilə qaz nəqli 2% artıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 2017-ci ildə 7 314,2 mln. kubmetr qaz ötürülüb.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə qaz nəqlinin 33,1%-i bu boru kəməri vasitəsilə həyata keçirilib.

Ötən il Cənubi Qafqaz Boru kəməri ilə qaz nəqlinin həcmi 2016-cı ildən 2,4% çoxdur.

2017-ci ildə, ümumilikdə, magistral qaz kəmərləri ilə 22 126,2 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6% artım müşahidə olunub.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nın sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi