2020-ci ilin dekabr ayında Azərbaycan 8,2 mln ABŞ dolları dəyərində ilkin formatlarda polipropilen ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Məlumata görə, bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 1,9 milyon ABŞ dolları və yaxud 30,16 % çoxdur.
2020-ci il ərzində Azərbaycan xarici ölkələrə 64,5 milyon ABŞ dolları dəyərində ilkin formatlarda polipropilen ixrac edib. Bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 1,2 milyon ABŞ dollarıt və ya 1,82 % azdır.
Qeyd edək ki, polipropilen "SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodunda istehsal edilir. Zavodun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.