Ötən il Azərbaycanın neft ixracı cüzi artıb

Energetika
  • 18 yanvar, 2024
  • 13:14
Ötən il Azərbaycanın neft ixracı cüzi artıb

2023-cü ildə Azərbaycan gömrük bəyannamələrinə əsasən, 26 milyon 047 min 289,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 16 milyard 240 milyon 829,63 min ABŞ dolları təşkil edib.

Ötən il ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 0,09 % çox, dəyəri isə 16,64 % azdır.

2023-cü ildə Azərbaycanın ümumi ixracında neftin payı 47,91 % olub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan xarici ölkələrlə 51 milyard 184 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 33 milyard 899 milyon ABŞ dolları ixracın, 17 milyard 285 milyon ABŞ dolları isə idxalın payına düşüb.