Ötən il Azərbaycanda enerji istehsalına 4 mlrd.kubmetr qaz sərf olunub

Ötən il Azərbaycanda enerji istehsalına 4 mlrd.kubmetr qaz sərf olunub İlin sonuna stansiyalarda mazut ehtiyatı 71 min ton təşkil edib
Energetika
9 Mart , 2017 10:32
Ötən il Azərbaycanda enerji istehsalına 4 mlrd.kubmetr qaz sərf olunub

Bakı. 9 mart. REPORT.AZ/ 2016-cı ildə istilik elektrik stansiyaları tərəfindən enerji istehsalına 4 295,4 mln. kubmetr təbii qaz (85,4%) və 614,2 min ton soba mazutu (14,6%) sərf edilib.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Hesabata əsasən, SOCAR-dan qəbul edilən mazutun həcmi (493 min ton) nəzərə alınmaqla ilin sonuna stansiyalarda mazut ehtiyatı 71 min ton təşkil edib.

“İstilik elektrik stansiyalarının istismar rejimlərinin yaxşılaşdırılması hesabına şindən buraxılan 1 KVts elektrik enerjisinin istehsalına şərti yanacağın xüsusi sərfi 285,9 qram təşkil edib və 2015-ci illə müqayisədə (292,2 qr/kVts olduğunu nəzərə alsaq) 124,1 min ton şərti yanacağa qənaət edilib”, - hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi