Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalında 338 min ton yanacağa qənaət edilib

Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalında 338 min ton yanacağa qənaət edilib Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycanda hər kVts elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 296,3 q/kVts-dan 279,8 q/kVts-a qədər (16,5 q/kVts) azalıb.
Energetika
17 Yanvar , 2019 15:21
Ötən il Azərbaycanda elektrik enerjisinin istehsalında 338 min ton yanacağa qənaət edilib

Bakı. 17 yanvar. REPORT.AZ/ 2018-ci il ərzində Azərbaycanda hər kVts elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 296,3 q/kVts-dan 279,8 q/kVts-a qədər (16,5 q/kVts) azalıb.

“Report”un məlumatına görə, bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabatda deyilir.

Hesabata əsasən, bu da 338,3 min ton şərti yanacağa qənaət deməkdir.

2018-ci ilin müvafiq dövründə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına 9 051,1 min kVts elektrik enerjisi istehsal olunub, onun 8 283,3 min kVts-ı ümumi enerji sisteminə ötürülüb.

MMC-nin bütün obyektləri üzrə enerji sistemindən alınan enerjinin həcmi 664,6 min kVts, xüsusi sərfiyyatın həcmi isə 1 432,4 min kVts təşkil edib.

Son xəbərlər

Orphus sistemi