Ötən il Azərbaycanda elektrik enerjisi istehsalı 1,1 % azalıb

Ötən il Azərbaycanda elektrik enerjisi istehsalı 1,1 % azalıb Elektrik enerjisi İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana ixrac olunub
Energetika
5 Fevral , 2021 16:27
Ötən il Azərbaycanda elektrik enerjisi istehsalı 1,1 % azalıb

2020-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25 mlrd 811,2 mln kVt/s olub və 2019-cu illə (26 mlrd 087,1 mln kVt/s) müqayisədə 275,9 mln kVt/s (1,1 %) azalıb.

Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Bildirilir ki, İstilik Elektrik Stansiyalarında (bundan sonra – İES) elektrik enerjisinin istehsalı 24 mlrd 398,3 mln kVt/s, SES-lərdə elektrik enerjisinin istehsalı 1 mlrd 069,4 mln kVt/s (o cümlədən, kiçik su elektrik stansiyalarında 45,5 mln kVt/s), digər mənbələr üzrə isə istehsal 343,5 mln kVt/s (o cümlədən, KES-lərdə elektrik enerjisinin istehsalı 95,9 mln kVt/s, GES-lərdə 47 mln kVt/s, Bio ES üzrə elektrik enerjisinin istehsalı 200,6 mln kVt/s) olub.

Hesabat ilində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23 mlrd 033,8 mln kVt/s (İES-lərdə 22 mlrd 142,6 mln kVt/s, SES-lərdə 891,2 mln kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 429,7 mln kVt/s (İES-lərdə 230,7 mln kVt/s, SESlərdə 157,8 mln kVt/s, Günəş ES-də 41,2 mln kVt/s), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 75,1 mln kVt/s, Müstəqil Elektrik Stansiyaları üzrə 2 mlrd 272,6 mln kVt/s təşkil edib.

2020-ci ilin müvafiq dövründə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC tərəfindən alternativ və bərpa olunan enerji mənbələri hesabına 10 mln kVt/s elektrik enerjisi istehsal olunmuş, onun 8,5 mln kVt/s-ı ümumi enerji sisteminə ötürülüb.

2020-ci il ərzində elektrik enerjisinin ixracı 1 mlrd 150,7 mln kVts olmaqla, 2019-cu illə (1 mlrd 490,9 mln kVt/s) müqayisədə 340,2 mln kVt/s, idxalı isə 136,4 mln kVt/s olmaqla, 2019-cu illə (136,9 mln kVt/s) müqayisədə 0,5 mln kVt/s azalıb. Belə ki, ixrac olunan 1 mlrd 150,7 mln kVt/s elektrik enerjisinin 204,1 mln kVt/s İranın, 101,8 mln kVt/s Türkiyənin, 118,5 mln kVt/s Rusiyanın, 726,3 mln kVt/s Gürcüstanın payına düşür.

İdxal olunan 136,4 mln kVt/s elektrik enerjisinin 29,7 mln kVt/s İranın, 88,8 mln kVt/s Rusiyanın, 17,9 mln kVt/s Gürcüstanın payına düşüb.

“Azərenerji” ASC və Naxçıvan MR Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında elektrik enerjisinin istehsalına 5 057,3 kubmetr təbii qaz sərf edilib. 2020-ci il ərzində hər kVt/s elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 271,2 q/ kVt/saatdan 264,1 q/ kVt/saata qədər 7,1 q/ kVt/s azalıb ki, bu da 154,8 min ton şərti yanacağa qənaət deməkdir.

Son xəbərlər

Orphus sistemi