Ötən il Azərbaycanda əhali istehlakçılarına 2,8 mlrd. kubmetr təbii qaz verilib

Ötən il Azərbaycanda əhali istehlakçılarına 2,8 mlrd. kubmetr təbii qaz verilib Bakı. 5 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanda əhali istehlakçılarına 2,8 mlrd. kubmetr təbii qaz verilib.
Energetika
5 Mart , 2018 15:13
Ötən il Azərbaycanda əhali istehlakçılarına 2,8 mlrd. kubmetr təbii qaz verilib

Bakı. 5 mart. REPORT.AZ/ 2017-ci ildə Azərbaycanda əhali istehlakçılarına 2,8 mlrd. kubmetr təbii qaz verilib.

"Report"un məlumatına görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Məlumata əsasən, hesabat dövründə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 11,6 mlrd. kubmetr təbii qaz satılıb ki, bu həcmin də 10,2 mlrd. kubmetri daxili bazarda realizə edilib.

Tələbata uyğun olaraq Naxçıvan Muxtar Respublikası 270,5 mln. kubmetr təbii qazla təmin edilib.

“Qaz təchizatı sisteminin yenidən qurulması və genişləndirilməsi üçün 1 910 km müxtəlif diametrli boru xətti çəkilib, 1 ədəd ölçü qovşağı tikilib, 4 ədəd modul tipli qaz paylama stansiyası quraşdırılıb, 244 km qaz xətləri əsaslı təmir edilib. 2017-ci ildə qaz itkilərinin azalması istiqamətində işlər görülüb. Paylayıcı şəbəkədə həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə qaz itkiləri əvvəlki illə müqayisədə 35,4 mln. kubmetr azalıb”, - hesabatda qeyd olunub.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisə təqdim olunub. Sənəd parlamentin martın 16-da keçiriləcək plenar iclasda müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi