Ötən il Azərbaycanda 397 çoxmərtəbəli binaya təbii qaz verilib

Ötən il Azərbaycanda 397 çoxmərtəbəli binaya təbii qaz verilib Bunun 39-u dekabr ayının payına düşüb
Energetika
5 Yanvar , 2017 15:54
Ötən il Azərbaycanda 397 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. 5 yanvar.REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi  2016-cı ilin dekabr ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 39 çoxmərtəbəli binaya təbii qazın açılmasını təmin edib. 

Bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumata görə, həmin binalarda ümumilikdə 3223 ailə yaşayır. Ümumiyyətlə, ötən il ərzində 397 hündürmərtəbəli binanın qazının açılması təmin olunubr ki, bu isə ümumilikdə 15580 mənzili əhatə edib. 

“Azəriqaz” İstehsalat Birliyi qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır" - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi