Bakı. 17 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda ümumi elektrik enerjisi istehsalı 25256,1 mln. kVts olub.
“Report”un məlumatına görə, bu barədə
Hesabata əsasən, “Azərenerji” ASC və Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinə məxsus İstilik Elektrik Stansiyalarında 21 163,7 mln. kVts, Su Elektrik Stansiyalarında isə 1 754,3 mln. kVts elektrik enerjisi istehsal edilib. Qalan elektrik enerjisi isə müstəqil elektrik stansiyalarının payına düşür.
Belə ki, “Azərenerji” ASC üzrə 22 520,8 mln. kVts (İES-lərdə 20 918,6 mln. kVts, SES-lərdə 1 602,2 mln.kVts), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 431,4 mln. kVts (İES-lərdə 245,1 mln. kVts, SES-lərdə 152,1 mln. kVts, Günəş ES-də 34,2 mln. kVts), Müstəqil Elektrik Stansiyaları üzrə 2 303,9 mln. kVts təşkil edir.